• cümə axşamı, 25 aprel, 06:18
  • Baku Bakı 14°C

Multikulturalizmlə bağlı yeni kitabça çap edilib

19.09.16 14:13 975
Multikulturalizmlə bağlı yeni kitabça çap edilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən "Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində "Multikulturalizmlə bağlı yeni mediada düzgün iştirak günün tələbidir” adlı kitabça çap edib. Bu barədə "Kaspi”yə ictimai birlikdən bildirilib.
Kitabçanın, əsasən yeniyetmə və gənclər, tələbələr, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub. Kitabçada yuxarıda adı çəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materiallar əksini tapıb. Layihə çərçivəsində ərsəyə gəlmiş broşür vasitəsilə yeni media və internetlə bağlı müvafiq qurumlar, QHT-lər də ekspert təklif və ideyalarından bəhrələnmək imkanı qazanacaqlar.
Qeyd edək ki, broşürün çap edilməsi ilə sözügedən layihə başa çatdırılıb.
Layihəsinin həyata keçirilməsi ümumilikdə yeniyetmə və gənclər arasında yeni media vasitələrində multikulturalizmlə bağlı bilgilərin, bu baxımdan ictimai və hüquqi məsuliyyət hissinin artırılmasına önəmli dərəcədə yardımçı olacaq. Layihə çərçivəsində Bakıda və regionlarda keçirilmiş təlimlərdə iştırak edən yeniyetmə və gənclər, gənclər təşkilatlarının nümayəndələri, həmçinin jurnalist olmaq istəyən gənclər, tələbələr yeni media vasitələrində multikulturalizmlə düzgün iştirakla bağlı bilgilərini artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı virtual məkanda, sosial şəbəkələrdə informasiyalar yaya bilirlər. Eyni zamanda təlimlər həyata keçirilən Masallı və İsmayıllı gəncləri layihədən önəmli dərəcədə faydalanıblar.
Bu məqsədlə layihə çərçivəsində yenilənmiş "yenimedia.press” saytı da təkmilləşdirilib.
banner

Oxşar Xəbərlər