• şənbə, 11 May, 07:17
  • Baku Bakı 12°C

“Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” mövzusunda seminar keçirilib

23.11.16 14:46 944
“Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” mövzusunda seminar keçirilib
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinin və Suraxanı RİH-in təşkilatçılığı ilə seminar keçirib.
Tədbiri giriş sözü ilə Suraxanı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açıb. Qeyd edib ki, tədbirin əsas məqsədi dünyada mövcud olan və cəmiyyətlərin bəlasına çevrilən dini ekstremizm meyllərinin ölkəmizə mənfi təsiri, onlara qarşı mübarizə və digər məsələlər müzakirə mövzusu olacaq. O, deyib ki, Azərbaycan özünün dünyəvi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə sadiq qalaraq, bərqərar olunmuş sabitliyin qorunması istiqamətində mütəmadi tədbirlər görür.
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təşkilatın fəaliyyəti barədə danışaraq qeyd edib ki, bələdiyyələrin bir sıra mühüm məsələlərdə rolu əvəzolunmazdır. Onun fikrincə, layihə çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə tədbirlər keçirilir və bu davam edəcəkdir.
Layihənin rəhbəri Asəf Quliyev dini radikalizmlə mübarizə məsələlərindən danışaraq, bələdiyyələrin və məhəllə komitələrinin bu sahədəki görə biləcəyi işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, qeyri-ənənəvi cərəyanlarla mübarizə üsullarından biri də ictimai qınaqdır: "Biz hər birimiz cəmiyyətdəki neqativ halları məhz ictimai qınaq vasitəsilə aradan qaldıra bilərik. Əminəm ki, bu işdə mətbuat nümayəndələri də öz köməyini əsirgəməyəcək”.
Layihənin koordinatoru Bəxtiyar Məmmədli bildirib ki, bələdiyyə ərazilərində məhəllə komitələri fəaliyyət göstərir. Onun fikrincə, bu komitələrin də ekstremizlə və radikalizmlə rolu daha böyükdür: "Çünki bu məhəllə komitələrinə yerlərdə sayılıb-seçilən insanlar daxildir. Onların təsir imkanları daha genişdir və bu yolla maarifləndirmə aparıla bilər”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyliqeyd edib ki, bu gün Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində dövlət tərəfindən təqdirəlayiq addımlar atılır: "Təəssüflər olsun ki, Azərbaycanda yaranmış tolerant mühitdən təkfirçi qüvvələr sui-istifadə etməyə çalışır. Lakin belə təkfirçilər bir məqamı unudurlar ki, Azərbaycan dövləti və xalqı onların fitnəsinə heç bir zaman uymayacaq. Həm də Prezident İlham Əliyevin də qətiyyətli addımları bunu deməyə əsas verir”.
Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov isə bildirib ki, dini radikalizm və ekstremizmlə mübarizə bağlı bələdiyyə tərəfindən mütəmadi tədbirlər keçirilir, gənclər arasında maarifləndirmə işləri aparılır.
Seminarın sonunda maraq doğuran suallar çıxışçılar tərəfindən ətraflı cavablandırılıb.
banner

Oxşar Xəbərlər