• çərşənbə, 24 Aprel, 18:45
  • Baku Bakı 23°C

“Multikulturalizm” ili çərçivəsində Beynəlxalq Multikultural Şəbəkənin layihələrinin YARAT Müasir İncəsənət Məkanında təqdimatı keçirildi

15.07.16 20:00 2395
“Multikulturalizm” ili çərçivəsində  Beynəlxalq Multikultural Şəbəkənin layihələrinin YARAT Müasir İncəsənət Məkanında təqdimatı keçirildi
15 iyul, 2016-cı il tarixində Yarat Müasir İncəsənət Məkanında "Yarat Friends”in təşkilati dəstəyi ilə Beynəlxalq Multikultural Şəbəkə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının əməkdaşlığı ilə "Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri " adlı tədbirini həyata keçirdi.

Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının , Mədəniyyət və Turizm Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan dözümlülük, tolerantlıq məkanı olduğunu, Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşamış,milli-dini zəmində qarşıdurmanın baş vermədiyini qeyd edərək,bu gün müstəqil Azərbaycanın öz siyasətini bu təməl üzərində qurduğunu xüsusi vurğuladı:
"Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi də heç təsadüfi deyil və bunun səbəbləri,dərin tarxi kökləri vardır.Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıccı rol oynayıb,bununla bağlı tarixi baza formalaşıb.İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturlizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.”

Tədbirdə çıxış edən YARAT Müasir İncəsənət Məkanın Bədii direktoru Byron Qeldhof bildirdi ki, bu gün dünyada multikulturalizm mühüm əhəmiyyət kəsb edir.O qeyd etdi ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir.B.Geldhof dedi ki, YARAT Müasir İncəsənət Məkanı Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür.

YARAT Müasir İncəsənət Məkanın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova dövlət siyasətinin multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda "Yarat Friends”in bu sahədə fəaliyyəti ilə bağlı geniş məlumat verdi.

Tədbirdə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Nərgiz Xələf bildirdi ki, multikulturalizm Azərbaycanın bir dəyəridir.O qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili” elan edilməsi bunun bariz nümunəsidir.
Sonra tədbirdə çıxış edən Prezident Administrasiyaının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirdi ki, Azərbaycan multikulturalizm anlayışını yaşadır və onun dünyaya bariz nümunəsini göstərir.
O qeyd edib ki, bu gün sevindirici haldır ki, gənclər təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm ilə bağlı çıxışlarına çox ciddi reaksiya verərəkbu istiqamətdə fəal iş həyata keçirirlər.V.Quliyev bildirib ki, müxtəlif dinlərin nümayəndələri tarix boyu Azərbaycanda mehribanlıq şəraitində yaşayıblar.”Azərbaycan bu gün də bu ənənələri yaşadır və dünyaya bir nümunə göstərir”.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Azərbaycanın multikultural ənənələrindən danışaraq bildirdi ki, Azərbaycan bütün dünyaya, o cümlədən zəngin təcrübəyə sahib olan Qərb dövlətlərinə bir nümunədir.O qeyd edib ki,əgər bütün dünya dövlətləri multikultural ənənələrə Azərbaycan qədər dəyər versəydi, bu gün dünyada bu qədər münaqişələr mövcud olmazdı.

Sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova rəsmi şəkildə beynəlxalq səviyyədə elan olunan " Multikulturalizm hər yerdə:Foto və Poster müsabiqəsi-2016”, respublika çərçivəsində elan olunan " Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri”mövzusunda analitik yazı müsabiqəsinin, Beynəlxalq Multikultural Şəbəkəsinin rəsmi bloqunun və Qafqazda ilk dəfə Azərbaycanda təşkil olunan Beynəlxalq Multikultural Şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın "Ölkə Təmsilçilər qrupu”nun təqdimatını etdi.

Xəyalə xanım çıxışında qeyd etdi ki, Beynəlxalq Multikultural Şəbəkənin " Ölkə Təmsilçiləri qrupu” nu təşkil etməkdə əsas məqsədimiz Azərbaycanın bu sahədə gerçəkliyini beynəlxalq səviyyədə təbliğatını aparmaq,etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının qarşılıqlı elmi təhlilini aparmaqla, qorunub-saxlanılma yollarını müəyyənləşdirməkdir. Eyni zamanda bu sahədə həyata keçirilən beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği,ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması və multikulturalizm siyasətinə yardım edən proqram və layihələrin işlənilib hazırlanması və bu kimi aktual məsələlərin eyni zamanda həm yerli və beynəlxalq səviyyədə kütləvi informasiya vasitələrində həyata keçirməyi planlaşdırır.
Tədbirin sonunda Beynəlxalq Multikultural Şəbəkənin rəhbərliyi tədbirin həyata keçirilməsində göstərdiyi bütün təşkilati dəstəyə görə "Yarat Friends”i təşəkkürnamə ilə təlltif etdi.


banner

Oxşar Xəbərlər