• çərşənbə axşamı, 19 mart, 08:04
  • Baku Bakı 8°C

“Multikulturalizm Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən prinsiplərdən biridir”

19.04.18 15:25 948
“Multikulturalizm Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən prinsiplərdən biridir”
"Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Heç bir dövlətdə bu elmə bu qədər əhəmiyyət verilmir”.
Bunu APA-ya prezidentİlham ƏliyevinMilli Məclisdə andiçmə mərasimində çıxışında Azərbaycanda dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsi sahəsində əldə edilən uğurlarla bağlı fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Q. Hüseynli bildirib ki, multikulturalizm Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən prinsiplərdən biridir. Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və son 15 il ərzində bunu dünyaya nümayiş etdirib: "Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Sözsüz ki, Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliyin yüksək səviyyəsi həyata keçirilən real siyasətin nəticəsidir. Azərbaycanda dini məbədlərə ehtiram çox böyükdür. Məsələn, BakıdaFüzuliküçəsində Azərbaycan dövləti hesabına tikilmiş yəhudi sinaqoqu Avropada ən böyük sinaqoqdur.Milli Məclisdə bir yəhudi deputat var, yəhudilər dövlət idarəetmə orqanlarına da kifayət qədər təmsil olunub. Pravoslav dininə sitayiş edən 140 min rus və onlar üçün 4 pravoslav kilsə var. Bu kilsələrdən 3-ü Bakıda, biri Gəncədə yerləşir. Bu kilsələrdən biri Bakıda Azərbaycan prospektində yerləşir. Həmin kilsə sovet hakimiyyəti dövründə 1926-cı ildə partladılmışdı. O kilsəni Rusiyada yaşayan azərbaycanlı iş Adamı elə gözəl təmir etdirib ki, hazırda həmin kiosə Rusiyadakı kilsələrlə yarışmağa qadirdir. Digər pravoslav kilsələr isə Azərbaycan dövlətinin yardımı ilə əsaslı təmir edilib. O cümlədən Bakıda Xətai rayonunda katolik kilsəsi də var. O cümlədən Azərbaycanda xristian dininin bir qolu sayılan Alban kilsəsi də mövcuddur. Qəbələ rayonunun Udin kəndində qədim Alban kilsəsi bərpa edilərək yerli əhalinin istifadəsinə verilib. Yaxud Zaqatala rayonunun Əlibəyli kəndində yaşayan ingloylar üçün böyük məbəd tikilib. Bir maraqlı məqamı da qeyd edim. Bakıda 28 may küçəsində (keçmiş Telefonnaya) almanların lüteran Kirxa kilsəsi (Xilaskar kilsəsi) də var. Kilsə 1896-1899-cu illərdə inşa edilib. Bu kilsə dini məbəd kimi tikilsə də, bu gün oradan bir mədəniyyət ocağı kimi istifadə edilir, klassik konsertlər, yarışmalar keçirilir. Bu tədbirlərə Almaniya səfirliyi dəstək verir və Kirxa klassik musiqinin inkişafında mühüm rol oynayır”.
Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri üçün lazımi şəraitin yaradıldığını nəzərə çatdıran Q. Hüseynli ölkədə dini əlamətlərə görə ayrı-seçkiliyin olmadığını vurğulayıb: "Multikulturalizm siyasəti Azərbaycan dövlətinin rəsmi siyasətidir. Bu siyasəti həyata keçirmək üçün bütün şərtlərə əməl edilir. Din ocaqları daim təmir edilir, yaxud yenisi tikilir. Azərbaycanda yaşayan xalqlar nə dini, nə də etnik baxımdan hər hansı çatışmazlıq hiss edirlər. Çünki Azərbaycan dövləti bu məsələyə zəifləməyən bir diqqət göstərir”.
banner

Oxşar Xəbərlər