• şənbə, 20 Aprel, 07:04
  • Baku Bakı 14°C

Mülayim hava davam edəcək

07.11.16 12:31 854
Mülayim hava davam edəcək
Azərbaycana cənub-şərq istiqamətlihavakütlələrinin daxil olması nəticəsində havalar mülayim keçir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov açıqlamasında bildirib ki,son 3-4 gündə buhavakütlələri dayanıqlıdır və əsl payız dövrününhavaşəraiti müşahidə olunur.

Onun sözlərinə görə, havalar noyabr ayı üçün xarakterikdir və Bakıda temperaturun gündüz 12-14, gecə 9-10 dərəcə olması normaldır: "Mülayimhavaşəraiti yaxın 2-3 gün ərzində davam edə bilər. Lakin bundan sonra ölkəmizə hansıhavakütlələrin daxil olacağını demək çətindir. Çünki noyabr proqnozlaşdırılması çətin olan aydır və əsl keçid fəslinin dövrüdür. Bu zaman müxtəlif istiqamətlihavakütlələri bir-birini əvəz edə bilər. Ona görə də bu aydahavaşəraitində tez-tez dəyişiklik olur”.
banner

Oxşar Xəbərlər