AZE | RUS | ENG |

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Mühəndislik və robototexnika yarışı keçiriləcək
Təhsil Nazirliyi, "ADA” Universiteti və "Mars Academy” MMC-nin birgə təşkilatçılığı ilə mayın 12-də məktəblilər arasında "FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçiriləcək.

"LEGO” şirkəti və "FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il ABŞ-da  təşkil olunan bir yarışdır. Yarışın məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Hər il dünyanın 88 ölkəsində yarım milyon məktəblinin cəlb olunması ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq. Builki yarışın mövzusu "Hidrodinamika”dır. FLL çərçivəsində dörd məktəblidən ibarət olan 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla 4 kateqoriya üzrə gücünü sınayacaq.

İştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar. Yarışın mütləq qalibi olmuş komanda cari ilin iyun ayında Estoniyanın paytaxtı Tallində təşkil olunan FLL Yeniyetmələr üçün Beynəlxalq Açıq Çempionatında iştirak edəcək.

MDB məkanında FLL formatında ilk müsabiqə 12 mart 2005-ci ildə Azərbaycanda "Robotlar Missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 Milli Robot Yarışı təşkil olunub və Azərbaycanlı məktəblilər 2 dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.

 "FLL Azərbaycan” haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün http://www.fllazerbaijan.org/ internet səhifəsinə müraciət  etmək mümkündür.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176