• cümə axşamı, 28 mart, 15:54
  • Baku Bakı 16°C

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi ilə bağlı sərəncam imzalandı

20.06.14 17:26 1390
Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi ilə bağlı sərəncam imzalandı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
Yerli icra hakimiyyəti orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etməli, bu sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.
banner

Oxşar Xəbərlər