Mühafizə şirkətlərinin əməkdaşları üçün kurslar
Heç
kəs üçün sirr deyildir ki, bu gün dünyada təhlükəsizliklə bağlı vəziyyət heç də
ürəkaçan deyildir. Qonşu Türkiyə və Rusiyada, Avropada və ABŞ-da, habelə bütün
Yer kürəsi boyunca digər ölkələrdə son bir neçə il ərzində baş vermiş bir çox
terror hücumları həm hökuməti, həm də özəl şirkətləri təhlükəsizliyə ayrılan xərcləri
artırmağa və öz obyektlərinin mühafizəsinə daha çox diqqət yetirməyə vadar
etdi.
Xoşbəxtlikdən,
bir çox digər dövlətlərlə müqayisədə Azərbaycanda vəziyyət daha sakitdir.
Halbuki, burada da son bir neçə il ərzində olkə ərazisində planlaşdırılan
terror hadisələri və qadağan olunmuş xarici qruplaşmalarla əlaqəsi olan
ekstremistlərin zərərsizləşdirilməsi barəsində rəsmi strukturlar tərəfindən bir
neçə məlumat verilmişdir. Tam məntiqlidir ki, dünyada bu cür xəbərlər və bütövlükdə
bu vəziyyət fonunda ölkədə özəl mühafizə şirkətlərinin xidmətlərinə olan tələbat
da artmışdır. Misal üçün, bütün ticarət və əyləncə mərkəzlərinin girişində
mühafizə işçiləri peyda olmuşdur ki, bu əvvəllər belə tez-tez rast gəlinmirdi.
Azərbaycanda
mühafizə xidmətləri bazarında təklif çatışmazlığı yoxdur – ölkədə onlarla
mühafizə şirkəti fəaliyyət göstərir. Halbuki, hər bir müştəri əmin olmaq istəyir
ki, tutduğu mühafizə işçiləri lazımi hazırlıqdan keçmişdir və tələb olunan
ixtisasa malikdir. Azərbaycan qanunvericiliyinə görə, 20 yaşına çatmış, orduda
xidmət göstərmiş, psixoloji pozuntusu olmayan və xüsusi hazırlıq kurslarını
bitirmiş və müvafiq sertifikatı olan vətəndaşlar mühafizəçi işləyə bilərlər. Bu
kursları aparan təşkilatlardan biri də GESCO mühafizə şirkətidir.
GESCO kursları təhsil sahəsində artıq uzun illərdir
fəaliyyət göstərən Odlar Yurdu Universiteti ilə birlikdə keçirilir. Tədris
prosesinin təşkili zamanı Odlar Yurdu Universitetinin təcrübəsinin tətbiqi bu
kursları faydalı şəkildə fərqləndirir. Bundan başqa, təlimləri keçirmək üçün bu
universitetin yüksək ixtisaslı müəllimləri cəlb olunurlar.
GESCO-da xüsusi
hazırlıq üzrə kurslara mütləq şəkildə praktiki dərslər də daxil edilir – gələcək
mühafizəçilər maketlər üzərində məşqlər edir, insanları düzgün evakuasiya etməyi,
müxtəlif növ yanğınları söndürməyi öyrənir və mühazirədə əldə etdikləri digər
bilikləri təcrübədə tətbiq edirlər.
Halbuki, aydın məsələdir
ki, xüsusi hazırlıq üzrə ümumi kurslardan başqa, mühafizəçilər işlədiyi məkandan
asılı olaraq, müxtəlif əlavə bilik və bacarıqlara malik olmalıdır. Misal üçün, əcnəbilərin
çox olduğu şirkətdə mühafizə sahəsində işləmək üçün, heç olmazsa ingilis dili
bazasına malik olmaq, təhsil sahəsinə aid məkanların mühafizəsi üçün isə
psixologiya sahəsində biliklərə malik olmaq çox vacibdir. Buna görə də
qanunvericiliyə müvafiq olaraq xüsusi hazırlıq kursundan başqa, GESCO digər fənlər
üzrə də hazırlıqlar aparır – psixologiya, informatika, ingilis dili, hüquqi
hazırlıq. Gələcəkdə şirkət fənlər siyahısına həm də NLP-ni (neyrolinqivistik
proqramlaşdırma) daxil etməyi planlaşdırır.
Bütün fənləri daxil
edən kurs 144 saatdan ibarətdir. Lakin müştərinin tələbindən asılı olaraq,
GESCO fərqli fənn siyahıları ilə müxtəlif paketlər təklif edir.
Sertifikat müddətsiz
verilir. Halbuki, GESCO öz işçilərini müntəzəm olaraq ixtisasartırma kurslarına
göndərir ki, bu da onların öz işlərində ən yaxşı mütəxəssislər olmaq üçün kömək
edir.
GESCO
kurslarını bitirmələrinə dair sertifikat sahibləri, həmçinin, ölkə ərazisində fəaliyyət
göstərən istənilən digər özəl şirkətlərə iş üçün müracət edə bilərlər.
GESCO mühafizə xidmətləri
bazarında artıq 15 ildir ki, fəaliyyət göstərir. Bu gün, onun işçiləri neft və
qaz sahəsində, təhsil sahəsində, istehsal sektorunda və s. 50-yə yaxın dövlət və
özəl obyektləri mühafizə edir. Belə ki, onun müştərləri arasında Azertrans, Absheron Operating Company, Karasu Operating
Company, Salyan Oil Operating Company, Caspian Drilling Company, Caspian Pipe
Coatings kimi şirkətlər; əksər Bakı universitetləri, o cümlədən Azərbaycan
Dövlət İqtisadiyyat Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fransız-Azərbaycan Universiteti və
digərləri vardır. Bundan başqa, şirkət müəllimlərin işə qəbulu zamanı
imtahanların və attestasiyanın keçirilməsinə nəzarətin təmin olunması üçün
Təhsil Nazirliyi tərəfindən müqavilə əldə etmişdir. GESCO-nun əməkdaşları
habelə Heydər Əliyev Fondunun obyektlərini, "Sabina” parfumeriya-kosmetika
mağazalar şəbəkəsini, AGBank, Müasir İncəsənət Muzeyini, Dövlət Aerogeodeziya Şirkətini,
Sumqayıt Kimya Sənaye Parkını, Türkiyə və Çin səfirliyini və digər təşkilatları
və müəssisələri də mühafizə edirlər.
Şirkətdə mühafizə
işinə çoxpilləli nəzarət sistemi mövcuddur. Hər bir mühafizə olunan obyektdə təhlükəsizlik
rəhbəri vardır ki, növbə rəislərinin işinə nəzarət edir, növbə rəisləri isə öz
növbəsində mühafizəçilərin işinə nəzarət edir. Bundan başqa, günün və gecənin
istənilən vaxtında obyektlər üzrə reyd aparan və bu işçilərin işinə nəzarət edən
xüsusi inspeksiya vardır. İnspeksiyanın işinə isə müvafiq olaraq inspeksiyanın
rəhbəri nəzarət edir və bu zəncirdə sonuncu instansiya şirkətin rəhbərliyidir.
GESCO-nun müsbət cəhətlərindən
biri də beynəlxalq keyfiyyət standartlarına xüsusi diqqətin artırılması və öz
işçiləri üçün lazımi iş şəraitinin yaradılmasıdır. Ötən il şirkət ISO 9001 beynəlxalq
standartına müvafiq olaraq keyfiyyətin idarə olunması sistemi üzrə
sertifikasiyadan keçmiş və Intertekdən müvafiq sertifikat əldə etmişdir. Bu il,
GESCO daha da irəliyə doğru addımlayır və İİS (inteqrallaşdırılmış idarəçilik
sistemi) sistemini tətbiq edir, bu sistemə ekoloji idarəçilik sistemi (14001), əməyi
mühafizə sistemi və OHSAS 18001 sənaye təhlükəsizliyi sistemi daxildir.
GESCO şirkəti yanğın təhlükəsizliyi qaydalarına əməl
edilməsinə, lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmasına və işçilərinin
onlardan istifadə qaydaları üzrə təlimləndirilməsinə böyük əhəmiyyət verir.
Şirkət eyni zamanda video müşahidə və nəzarət sistemi və mühafizə olunan
obyektlərə girişin idarə olunması üçün müasir avadanlıqlardan istifadə edir.
"Biz öz işçilərimizin
texniki təhlükəsizliyinin qayğısına qalırıq ki, onlar rahat şəraitdə işləsinlər.
Bu, bizim bu sahədə fəaliyyət göstərən bir çox digər şirkətlərdən fərqimizdir.
Biz insan faktorunu gəlirdən üstün tuturuq” – şirkətin direktoru Ramiz Qaytmazov
deyir – Əgər şirkət, mühafizəsini həyata keçirəcəyimiz obyekt bizim uşaqlar
üçün bu şəraiti yaratmırsa, biz onunla müqaviləyə xitam verməyi üstün tuturuq.
Bizim üçün ən əsası imicimizin qorunmasıdır”.
Yelena
Kosolapova