• cümə, 19 Aprel, 23:06
  • Baku Bakı 24°C

Mühafizə şirkətlərinin əməkdaşları üçün kurslar

16.05.18 10:00 3356
Mühafizə şirkətlərinin əməkdaşları üçün kurslar
Heç kəs üçün sirr deyildir ki, bu gün dünyada təhlükəsizliklə bağlı vəziyyət heç də ürəkaçan deyildir. Qonşu Türkiyə və Rusiyada, Avropada və ABŞ-da, habelə bütün Yer kürəsi boyunca digər ölkələrdə son bir neçə il ərzində baş vermiş bir çox terror hücumları həm hökuməti, həm də özəl şirkətləri təhlükəsizliyə ayrılan xərcləri artırmağa və öz obyektlərinin mühafizəsinə daha çox diqqət yetirməyə vadar etdi.
Xoşbəxtlikdən, bir çox digər dövlətlərlə müqayisədə Azərbaycanda vəziyyət daha sakitdir. Halbuki, burada da son bir neçə il ərzində olkə ərazisində planlaşdırılan terror hadisələri və qadağan olunmuş xarici qruplaşmalarla əlaqəsi olan ekstremistlərin zərərsizləşdirilməsi barəsində rəsmi strukturlar tərəfindən bir neçə məlumat verilmişdir. Tam məntiqlidir ki, dünyada bu cür xəbərlər və bütövlükdə bu vəziyyət fonunda ölkədə özəl mühafizə şirkətlərinin xidmətlərinə olan tələbat da artmışdır. Misal üçün, bütün ticarət və əyləncə mərkəzlərinin girişində mühafizə işçiləri peyda olmuşdur ki, bu əvvəllər belə tez-tez rast gəlinmirdi.
Azərbaycanda mühafizə xidmətləri bazarında təklif çatışmazlığı yoxdur – ölkədə onlarla mühafizə şirkəti fəaliyyət göstərir. Halbuki, hər bir müştəri əmin olmaq istəyir ki, tutduğu mühafizə işçiləri lazımi hazırlıqdan keçmişdir və tələb olunan ixtisasa malikdir. Azərbaycan qanunvericiliyinə görə, 20 yaşına çatmış, orduda xidmət göstərmiş, psixoloji pozuntusu olmayan və xüsusi hazırlıq kurslarını bitirmiş və müvafiq sertifikatı olan vətəndaşlar mühafizəçi işləyə bilərlər. Bu kursları aparan təşkilatlardan biri də GESCO mühafizə şirkətidir.
GESCO kursları təhsil sahəsində artıq uzun illərdir fəaliyyət göstərən Odlar Yurdu Universiteti ilə birlikdə keçirilir. Tədris prosesinin təşkili zamanı Odlar Yurdu Universitetinin təcrübəsinin tətbiqi bu kursları faydalı şəkildə fərqləndirir. Bundan başqa, təlimləri keçirmək üçün bu universitetin yüksək ixtisaslı müəllimləri cəlb olunurlar.
GESCO-da xüsusi hazırlıq üzrə kurslara mütləq şəkildə praktiki dərslər də daxil edilir – gələcək mühafizəçilər maketlər üzərində məşqlər edir, insanları düzgün evakuasiya etməyi, müxtəlif növ yanğınları söndürməyi öyrənir və mühazirədə əldə etdikləri digər bilikləri təcrübədə tətbiq edirlər.
Halbuki, aydın məsələdir ki, xüsusi hazırlıq üzrə ümumi kurslardan başqa, mühafizəçilər işlədiyi məkandan asılı olaraq, müxtəlif əlavə bilik və bacarıqlara malik olmalıdır. Misal üçün, əcnəbilərin çox olduğu şirkətdə mühafizə sahəsində işləmək üçün, heç olmazsa ingilis dili bazasına malik olmaq, təhsil sahəsinə aid məkanların mühafizəsi üçün isə psixologiya sahəsində biliklərə malik olmaq çox vacibdir. Buna görə də qanunvericiliyə müvafiq olaraq xüsusi hazırlıq kursundan başqa, GESCO digər fənlər üzrə də hazırlıqlar aparır – psixologiya, informatika, ingilis dili, hüquqi hazırlıq. Gələcəkdə şirkət fənlər siyahısına həm də NLP-ni (neyrolinqivistik proqramlaşdırma) daxil etməyi planlaşdırır.
Bütün fənləri daxil edən kurs 144 saatdan ibarətdir. Lakin müştərinin tələbindən asılı olaraq, GESCO fərqli fənn siyahıları ilə müxtəlif paketlər təklif edir.
Sertifikat müddətsiz verilir. Halbuki, GESCO öz işçilərini müntəzəm olaraq ixtisasartırma kurslarına göndərir ki, bu da onların öz işlərində ən yaxşı mütəxəssislər olmaq üçün kömək edir.
GESCO kurslarını bitirmələrinə dair sertifikat sahibləri, həmçinin, ölkə ərazisində fəaliyyət göstərən istənilən digər özəl şirkətlərə iş üçün müracət edə bilərlər.
GESCO mühafizə xidmətləri bazarında artıq 15 ildir ki, fəaliyyət göstərir. Bu gün, onun işçiləri neft və qaz sahəsində, təhsil sahəsində, istehsal sektorunda və s. 50-yə yaxın dövlət və özəl obyektləri mühafizə edir. Belə ki, onun müştərləri arasında Azertrans, Absheron Operating Company, Karasu Operating Company, Salyan Oil Operating Company, Caspian Drilling Company, Caspian Pipe Coatings kimi şirkətlər; əksər Bakı universitetləri, o cümlədən Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fransız-Azərbaycan Universiteti və digərləri vardır. Bundan başqa, şirkət müəllimlərin işə qəbulu zamanı imtahanların və attestasiyanın keçirilməsinə nəzarətin təmin olunması üçün Təhsil Nazirliyi tərəfindən müqavilə əldə etmişdir. GESCO-nun əməkdaşları habelə Heydər Əliyev Fondunun obyektlərini, "Sabina” parfumeriya-kosmetika mağazalar şəbəkəsini, AGBank, Müasir İncəsənət Muzeyini, Dövlət Aerogeodeziya Şirkətini, Sumqayıt Kimya Sənaye Parkını, Türkiyə və Çin səfirliyini və digər təşkilatları və müəssisələri də mühafizə edirlər.
Şirkətdə mühafizə işinə çoxpilləli nəzarət sistemi mövcuddur. Hər bir mühafizə olunan obyektdə təhlükəsizlik rəhbəri vardır ki, növbə rəislərinin işinə nəzarət edir, növbə rəisləri isə öz növbəsində mühafizəçilərin işinə nəzarət edir. Bundan başqa, günün və gecənin istənilən vaxtında obyektlər üzrə reyd aparan və bu işçilərin işinə nəzarət edən xüsusi inspeksiya vardır. İnspeksiyanın işinə isə müvafiq olaraq inspeksiyanın rəhbəri nəzarət edir və bu zəncirdə sonuncu instansiya şirkətin rəhbərliyidir.
GESCO-nun müsbət cəhətlərindən biri də beynəlxalq keyfiyyət standartlarına xüsusi diqqətin artırılması və öz işçiləri üçün lazımi iş şəraitinin yaradılmasıdır. Ötən il şirkət ISO 9001 beynəlxalq standartına müvafiq olaraq keyfiyyətin idarə olunması sistemi üzrə sertifikasiyadan keçmiş və Intertekdən müvafiq sertifikat əldə etmişdir. Bu il, GESCO daha da irəliyə doğru addımlayır və İİS (inteqrallaşdırılmış idarəçilik sistemi) sistemini tətbiq edir, bu sistemə ekoloji idarəçilik sistemi (14001), əməyi mühafizə sistemi və OHSAS 18001 sənaye təhlükəsizliyi sistemi daxildir.
GESCO şirkəti yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə, lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmasına və işçilərinin onlardan istifadə qaydaları üzrə təlimləndirilməsinə böyük əhəmiyyət verir. Şirkət eyni zamanda video müşahidə və nəzarət sistemi və mühafizə olunan obyektlərə girişin idarə olunması üçün müasir avadanlıqlardan istifadə edir.
"Biz öz işçilərimizin texniki təhlükəsizliyinin qayğısına qalırıq ki, onlar rahat şəraitdə işləsinlər. Bu, bizim bu sahədə fəaliyyət göstərən bir çox digər şirkətlərdən fərqimizdir. Biz insan faktorunu gəlirdən üstün tuturuq” – şirkətin direktoru Ramiz Qaytmazov deyir – Əgər şirkət, mühafizəsini həyata keçirəcəyimiz obyekt bizim uşaqlar üçün bu şəraiti yaratmırsa, biz onunla müqaviləyə xitam verməyi üstün tuturuq. Bizim üçün ən əsası imicimizin qorunmasıdır”.
Yelena Kosolapova
banner

Oxşar Xəbərlər