• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

Mühacirin memuarı, yaxud dalğın və kədərli Ceyhun Hacıbəyli...

14.10.17 13:00 2709
Mühacirin memuarı, yaxud dalğın və kədərli Ceyhun Hacıbəyli...
Azərbaycan Respublikası Prezidentinin ötən ilin sonlarında ədəbiyyatımızın tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinin keçirilmişi ilə bağlı imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə yubileyə həsr olunmuş tədbirlər planını hazırlamışdır. Ötən müddət ərzində istiqlal mücahidinin ədəbi, publisistik , siyasi irsinin tədqiqi, tanıdılması və təbliği sahəsində mühüm işlər görülmüş, AMEA-nın Ədəbiyyat və Folklor İnstitutlarında elmi sessiyalar təşkil olunmuş, Üzeyir Hacıbəylinin ev-muzeyində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Üzeyir bəyin qardaşı, sirdaşı və məsləkdaşı” adlı tədbirlər həyata keçirilmişdir. Azərbaycan telekanallarında Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən maraqlı verilişlər hazırlanmış, KİV-də, o cümlədən elmi jurnallarda həmin mövzularda materiallar dərc olunmuşdur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri”ni nəşrə hazırlanmışdır.
Bu günlərdə isə "Təhsil” nəşriyyatı ədibin ötən əsrin 50-ci illərində qələmə aldığı "Bir il xəyallarda... və bütöv bir ömür” adlı memuarını nəfis tərtibatla nəşr etmişdir. Layihənin rəhbəri və ideya müəllifi Xalq yazıçısı Elçindir. Ceyhun Hacıbəylinin «Bir il xəyallarda... və bütöv bir ömür» memuarı bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır, memuarın ruhu, xəmiri, belə demək mümkünsə, istiqlal davasından yoğurulmuşdur. Bu, çoxşaxəli, çoxplanlı, ilk baxışda yüzlərlə mövzunun pərakəndə toplusu, lakin dərindən nüfuz etdikcə, vahid süjeti, ideya istiqaməti, məramı olan möhtəşəm əsərdir. Memuarı oxuduqca, sanki onun qəmə, qüssəyə bürümüş sətirləri arxasından istedadlı və müdrik, zəngin həyat və qələm təcrübəsinə malik, fəqət dalğın və kədərli qərib, istiqlal aşiqi və Vətən sevdalısı Ceyhun Hacıbəyli boylanır…
Abid Tahirli
banner

Oxşar Xəbərlər