AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müəssisə rəhbərləri işçilərin təmasını minimuma endirməlidir

Müəssisə rəhbərləri işçilərin təmasını minimuma endirməlidir

Təfsilat
02 Aprel 2020, 15:07 1011
Bu günlərdə onlayn rejimdə işləmək çox vacibdir və bütün dünya bacardığı qədər onlayn rejimə keçib. Ona görə də fəaliyyətinə icazə verilən idarə, müəssisə rəhbərləri işçilərin təmasını minimuma endirməlidir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O, fəaliyyətinə icazə verilən idarələrə müraciət edib:
"Maksimum dərəcədə işçilərin təmasını azaldın. Son günlər testi pozitiv çıxan bir adamın təmasda olduğu çox sayda insanla qarşılaşırıq. Mütləq deyil ki, eyni anda 30-40 adam bir yerdə çalışsın. Virus testi pozitiv olan bir adamdan 60-70 adama yoluxur. Bütün müəssisələr buna əməl etməlidir. Vətəndaşların təması minimuma endirilməlidir".