• şənbə, 20 Aprel, 05:17
  • Baku Bakı 15°C

Müğənnilərin 50 min manatlıq davası: məhkəmə qərar verdi

01.11.13 13:25 1224
Müğənnilərin 50 min manatlıq davası: məhkəmə qərar verdi
Bu gün Bakı Apellyasiya məhkəməsində Nazpəri Dostəliyevanın Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılıb.
Bu barədə lent.az-a xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva deyib:
“Bu gün Bakı apellyasiya məhkəməsində Nazpəri Dostəliyevanın apellyasiya şikayətinə baxıldı və iddia hakim Həsənov Vüqar tərəfindən rədd edildi. Bununla da məlum olub ki, Nəsimi rayon məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılır. Bu Nazpəri Dostəliyevanın mənəvi ziyana görə əlli min manat məbləğində cərimə ödəməli olduğuna görə məhkəmə iclası idi”.
banner

Oxşar Xəbərlər