• cümə axşamı, 18 aprel, 22:14
  • Baku Bakı 21°C

Müğənni Mətanətə: “Get abrını ört də...“ - Qalmaqal

06.02.14 17:02 1251
Müğənni Mətanətə: “Get abrını ört də...“ - Qalmaqal
Axşam.az xəbər verir ki, Mətanətin “Bacım öləndə bəzi həmkarlarım qonaqlıq verib” sözlərinə Zöhrə Abdullayevadan cavab gəlib. ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan əməkdar artist bu sözlərin ona ünvanlandığını bildirib:
“Deyib ki, yaxınımı itirəndə bəziləri qonaqlıq verib. O sözü mənim adımı çəkərək deyib. Axı sən kimsən ki? Get abrını ört də... Onun böyük bacısına zəng edib başsağlığı verdim. Bacısını, bir narkomanı necə ucaltdılar. Ona adam deməyə dilim gəlmir, şüursuz məxluqdur. Ölümə sevinməzlər, hamı o atı minəcək. Özünün sənəti, səsi yoxdur. Böyük bacısı yaxşı oxuyandır. Günah məndədir, sən heç kim idin, özümə qoşub adam etmək istədim”.
Qeyd edək ki, Zöhrə Abdullayeva və Mətanət Əsədova arasındakı qalmaqal uzun illərdir davam edir.
banner

Oxşar Xəbərlər