• çərşənbə, 24 Aprel, 10:43
  • Baku Bakı 13°C

Müğənni Elçin jurnalistlərlə görüşəcək: – “Ora fahişəxana ola bilməz”

10.10.14 16:03 3032
Müğənni Elçin jurnalistlərlə görüşəcək: – “Ora fahişəxana ola bilməz”
Müğənni Elçin Hüseynov “New life” restoranında fahişəxana aşkarlanması haqda yayılan məlumatlara aydınlıq gətirmək üçün jurnalistlərlə görüşəcək.
“Qafqazinfo”nun məlumatına görə, sənətçi sabah sözügedən restoranda media nümayəndələrini bir araya toplayacaq və hadisə ilə bağlı geniş məlumat verəcək.
Daha əvvəl müğənni restoranda fahişəxana aşkarlanması haqda yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında sənətçi bu məlumatların yalan olduğunu qeyd edib: “Mən mədəni, özünə hörmət edən insanam. Özüm də o restoranda tez-tez oluram, “New life” fahişəxana olsa, ora getmərəm. Heç vaxt o restoranda oturmaram ki, onun başqa otağından fahişəxana kimi istifadə olunsun. Ora fahişəxana ola bilməz. Qaldı ki, restoranın mənə məxsus olmağına bildirmək istəyirəm ki, çay evi mənim adıma deyil. Bu, Çay Evinə qarşı böhtandır”.
banner

Oxşar Xəbərlər