Müğənni boyuna uyğun xanım axtarır

Müğənni boyuna uyğun xanım axtarır

Mədəniyyət
20 Sentyabr 2012, 10:23 1272
Opera müğənnisi Ülvi Qılınc yaradıcılıq işlərinə başlayıb. “Azadinform”un məlumatına görə, solist yeni klip çəkilişlərinə başlayacaq. Ekranlaşdırılacaq mahnını hələlik sirr saxlayan Qılınc çəkilişlərə hazırlıq getdiyini bildirib.
Onun sözlərinə görə, klipdə çəkiləcək qızın axtarışları aparılır. “Yeni klipimdə mənimlə çəkiləcək qızın xarici görkəmi çox gözəl olmalıdır. Onun boyu 165 santimetrdən kiçik olmamalıdır. Çünki mənim boyum hündürdür. Bizim bir-birimizə yaraşmağımız vacibdir” - deyə müğənni bildirib.

Çəkilişlərin Bakıda aparılacağını bildirən Ü.Qılınc vurğulayıb ki, kastinq başa çatdıqdan sonra çəkilişlər başlayacaq.