• çərşənbə, 24 Aprel, 14:21
  • Baku Bakı 27°C

Müəllimlərin XIV qurultayı keçirilir

14.12.13 09:10 2287
Müəllimlərin XIV qurultayı keçirilir
APA-nın xəbərinə görə, Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir.
Ümumilikdə qurultaya təhsil ictimaiyyətinin 900-ə yaxın nümayəndələri qatılıb. Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxunub.
banner

Oxşar Xəbərlər