• şənbə, 20 Aprel, 19:22
  • Baku Bakı 24°C

Müəllimlərin maaşları 800-1000 manat ola bilər

12.11.13 14:57 1461
Müəllimlərin maaşları 800-1000 manat ola bilər
”Müəllimlərin maaşının növbəti illərdə 800-1000 manata qaldırılması ilə bağlı addımlar atılmalıdır”.
Lent. az-ın məlumatına görə, bu sözlər Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaiti Ümumi Daxili Məhsulun 5 faizi həcminə qədər artırmaqla müəllimlərin maaşlarını da orta aylıq əmək haqqından yüksəyə qaldırmaq mümkündür: “İndi təhsilə ayrılan vəsait Ümumi Daxili Məhsulun 1,7 faizi həcmindədir. Ölkədə məktəb direktorları 300 manatdan çox maaş almırlar. Ancaq təhsilə ayrılan vəsaiti ÜDM-nin 5 faizi həcminə qaldırmaqla müəllimlərin maaşlarını 800 manata qədər artırmaq olar”.
Deputatın sözlərinə görə, bu artımı birdəfəyə həyata keçirmək mümkün deyil, ancaq mərhələ-mərhələ bunu reallaşdırmaq mümkündür: “Müəllimlərin maaşlarını əvvəlcə orta aylıq əmək haqqı səviyyəsinə, daha sonra isə təhsil sahəsinə ayrılan vəsaiti bir qədər də artırmaqla onların maaşlarını orta əmək haqqından da yüksək səviyyəyə çıxarmaq olar”.
banner

Oxşar Xəbərlər