• cümə, 19 Aprel, 23:13
  • Baku Bakı 24°C

Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir

24.05.17 14:10 1267
Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir
Mayın 25-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşənZəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrimüəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Üç gün davam edəcək qiymətləndirməyəilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
4500-dən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərdq.edu.azsaytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
Qeyd edək ki,ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarınındiaqnostik qiymətləndirilməsinə cari ilin aprel ayından başlanılıb.
banner

Oxşar Xəbərlər