• cümə axşamı, 28 mart, 16:40
  • Baku Bakı 16°C

Müəllimlərin bəziləri standartları anlamırlar - Məleykə Abbaszadə

15.05.14 13:28 1075
Müəllimlərin bəziləri standartları anlamırlar - Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Bakı şəhərində müəllimlərin Sınaq Qiymətləndirilməsinin keçirilməsini vacib hesab edib.
TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu qiymətləndirməni keçirməklə müəllimlərin bilik səviyyəsinin indiki zamanın tələblərinə uyğun olub-olmadı bilinəcək. Onun sözlərinə görə, bu proses tam şəffaf keçirilməli və onun meyarları, bütün məsələlər ictimaiyyət üçün aydın olmalıdır: “TQDK bu imtahanlarda iştirak etmir. Nə məzmunla əlaqədar hazırlanmış materiallara, nə də prosesin keçirilməsinə bizim aidiyyətimiz yoxdur. Amma ümidvaram ki, bu proses başa çatandan sonra statistik məlumatlar əldə olunacaq. Bunun birgə müzakirəsinə yəqin ki, biz cəlb olunacağıq. Mən inanıram ki, belə olacaq. Çünki bizim üçün də bu proses çox vacibdir”.
M. Abbaszadə əlavə edib ki, TQDK tərəfindən V, VI və XI siniflərdə monitorinq imtahanları aparılır. Onun sözlərinə görə, monitorinq imtahanlarının nəticəsində də müəyyən səbəblərə görə şagirdlərin biliklərinin standartlara uyğun olmadığı məlum olur: “Səbəblərin biri də ondan ibarətdir ki, müəllimlərin bəziləri standartlara uyğun olaraq tədris prosesini qura bilmir, standartları anlamırlar. Müxtəlif fənlər üzrə belə qeydlər bizdə var. Monitorinqlərin nəticələrini də Təhsil Nazirliyi ilə birgə ümumi müzakirəyə çıxarmağa hazırıq. Bu proseslə əlaqədar bizim anlaşma danışığımız olub”./apa/
banner

Oxşar Xəbərlər