• cümə, 29 Mart, 14:04
  • Baku Bakı 14°C

Müəlliminin qənaətinə görə, o, dahi ola bilməyəcək - Məktəb illəri

10.02.18 12:00 1352
Müəlliminin qənaətinə görə, o, dahi ola bilməyəcək - Məktəb illəri
Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh necə də şirin illərmiş” deyirik. Bu dəfə "Məktəb illəri” rubrikasının qonağı gənc aktrisa Zülfiyyə Qurbanovadır.

Zülfiyyə deyir ki, lap uşaq vaxtından incəsənətə marağı olub: "Düzdür, aktrisa olacağımı düşünmürdüm. Çünki çox yaxşı rəsm çəkirdim. Fikirləşirdim ki, məktəbi bitirdikdən sonra rəssamlığı davam etdirərəm. Amma necə oldusa, 11-ci sinifdə fikrim dəyişdi. Özümü rəssamlıqda yox, aktrisalıqda gördüm. Sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və aktyorluq şöbəsinin Dram teatrı və kino aktyorluğu fakültəsinə qəbul oldum. Hərdən düşünürəm ki, nə yaxşı ki, bu sənəti seçmişəm”.

Müsahibimiz universitet illərindən yadda qalan xatirəsini bizimlə bölüşdü: "Uşaq vaxtından solaxay yazan olmuşam. Bir dəfə dərsdə müəllimlərimizdən biri bunu gördü və dərsin ortasında məni göstərək, solaxaylar haqqında danışmağa başladı. Müəllimimiz dünyadakı solaxayların necə ağıllı, müdrik insan olduqlarını dedi. Düzü, həmin an çox sevindim və mən də özümü o insanlardan biri hesab edib, müəllimimizdən "mən də gələcəkdə onlar kimi ola bilərəmmi?” soruşdum. Müəllimimiz isə gülə-gülə "yox, Zülfiyyə, bəziləri istisnadır dedi”.

Günel Azadə

banner

Oxşar Xəbərlər