• cümə axşamı, 28 mart, 13:02
  • Baku Bakı 16°C

Müəllimindən hamilə qalan şagirdlə bağlı rəsmi məlumat

13.05.16 17:34 910
Müəllimindən hamilə qalan şagirdlə bağlı rəsmi məlumat
Şamaxı Rayon Təhsil Şöbəsi rayonun Pirbəhli kəndində baş verən hadisəyə rəmi münasibət bildirib.
Şamaxı Rayon Təhsil ŞöbəsindənLent.az-a verilən məlumata görə, adı mətbuatda hallanan, şərti adı A.olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir.

Şöbədən verilən məlumata görə, bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin "Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər