Müəllimin təhqir olunduğu məktəbin direktoru danışdı

Müəllimin təhqir olunduğu məktəbin direktoru danışdı

Cəmiyyət
22 Aprel 2013, 09:00 1047
Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 226 saylı məktəbində baş verən xoşagəlməz hadisəyə məktəb direktoru münasibət bildirib.

Məktəb direktoru Əli Məmmədov ANS PRESS-ə eksklüziv olaraq bildirib ki, hadisə 2011-ci ildə yay aylarında, "son zəng" ərəfəsində baş verib.

“Hadisə “11 B” sinif rəhbərinin dərsində baş verib. Uşaqlar “son zəng”ə hazırlaşırmışlar. Dərsdən sonra onlar rəqs etməyə başlayıb. Müəllim Ziyəddin Abbasov uşaqları məşqlərini zalda etməyi təklif edib. Lakin uşaqlar ona məhəl qoymayıblar. Hadisə ilə bağlı müəllimin izahatını almışıq. Çox təəssüf ki, biz bu barədə yaxın günlərdə bilmişik. Artıq uşaqlar məktəbi bitiriblər. Çalışacağıq ki, bu hadisə bir daha təkrarlanmasın”, - deyə Əli Məmmədov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış görüntülərdə Əmircan qəsəbəsində yerləşən 226 saylı məktəbin “11 B” sinifinin şagirdləri, dərs zamanı müəllimin qarşısında rəqs edirlər. Şagirdlərin müəllimə qarşı təhqiramiz hərəkətləri də görüntüdə yer alıb.