Müdrik insanların dərk etdiyi 10 reallıq
Bəzi insanların anadan olandan şanslı olduğu
düşünülür. Hətta "ulduzları yüksəkdir” kimi fikirlərlə əsaslandıranlar da az
deyil. Həmin insanlar həyatlarından razı olur və ətrafındakılar tərəfindən
sevilir, qiymətləndirilirlər. Bəzilərimiz isə həyatdan narazıyıq. Daim mübarizə
aparır və xəyallarımızın gerçəkləşməyəcəyinə inanırıq. Həmişə düşünürük ki,
daha yaxşı vəziyyətdə olmalı, daha çox pul qazanmalı və daha yaxşı görünməliyik.
İstəklərimiz reallaşmayanda isə ətrafımızdakıları günahlandırırıq.
Xoşbəxtlik mütəxəssisi Şannon Kaiser kitabı üçün
apardığı araşdırma zamanı, çoxumuzun, həyatımızın bir nöqtəsində görmədiyi
vacib bir həqiqəti kəşf edib. Kaiser düşünür ki, yaşadığımız təcrübələr bəzi
nüansları dərk etməyimiz üçün əhəmiyyətlidir. Əgər bir təcrübədən dərs almasaq,
oxşar vəziyyətlərlə təkrar-təkrar rastlaşarıq. İnsanlar dəyişə bilər, lakin çətinlikdən
nəticə çıxarmadıqda, üzünün gülmədiyi münasibətlər, ruhunu korlayan hadisələr tez-tez baş verəcək. "Niyə mən”, "Niyə eyni şeylər mənim başıma gəlir”,
"Mən buna layiq deyiləm” kimi fikirlərlə daim üsyan edirik. Ta ki, özümüzdə
olan problemi dərk edib, bilənə qədər…
Çətinliklərdən qaça bilməzsiniz, amma sizi imtahan
etmək və öyrətmək üçün həyatınıza girdiyini dərk edib, fərqli yanaşa bilərsiniz.
Bu yanaşma çiyninizdən bir yükü azaldacaq və çətinliyi fürsətə çevirməyinizə
imkan verəcək.
Müdrik
insanların fərqinə vardığı 10 həqiqəti sizə təqdim edirik:
1. Etdiklərimizdə səhv yoxdur, yalnız inkişaf var.
Mövcud vəziyyətdə əlimizdən nə gəlirsə, onu edirik. Müdrik insanlar etdiklərini
səhv olaraq dəyərləndirmək əvəzinə, bir də belə vəziyyətə düşdükləri halda, həll
yolu üçün fərqli nə edə biləcəklərinə fokuslanırlar.
2. Dərsinizi alana qədər eyni hadisələri təkrar
yaşayarsınız. Bu, qaçılmazdır.
3. Başqalarının sizə olan davranışı özünüzə olan
inancınızı əks etdirir. Siz özünüzə nə qədər çox inanırsınızsa, başqaları da
sizin qədər inanır.
4. Özünüzü nə qədər çox təsdiqləsəniz, başqalarının
təsdiqinə ehtiyacınız olmaz.
5. Həyatınızda baş verənlər problemlər deyil,
ehtimallardır.
6. Baş verənlər heç vaxt sizə qarşı deyil, həmişə
sizin üçündür. Hər şərdə bir xeyir var!
7. Çata biləcəyiniz son nöqtə yoxdur. Məqsəd və istəklər bitmir.
8. Bu gün yaşadıqlarınız sabah nə yaşayacağınıza
hazırlaşmağınız üçündür.
9. Həyatda ehtiyacınız olanı yaşayırsınız.
Düşündüyünüz kimi olmaya bilər, amma lazım olduğuna əmin olun.
10. Həyatını necə formalaşdırmaq öz əlindədir.