Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar məlumatlandırılıb
Azərbaycan Respublikasında
2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar
təyin olunduqları xidmət yerləri barədə iyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)tərəfindən SMS vasitəsilə
məlumatlandırılmışdır.
Əvvəlcədən məlumat
verildiyi kimi iyunun 26-dan isə vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və
qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət”
bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil
etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə
göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100
nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə və ya hansı
hərbi hissəyə düşdükləri barədə məlumat əldə edirlər. Bu xidmətdən bütün mobil
operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Qeyd edək ki, SHXÇDX-nin
internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış
başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.