• cümə, 29 Mart, 10:20
  • Baku Bakı 5°C

"Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur" - Rəsmi

16.05.17 19:53 1226
"Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur" - Rəsmi
"Azərbaycanınhavaməkanı, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur və bu məsələlərin daim nəzarətdə saxlanılması təmin edilir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistanhavahücumundan müdafiə bölmələri tərəfindən vurula biləcəyi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

"Ermənistanın terrorizmə meylliliyi və onu hər zaman dövlət səviyyəsində dəstəkləməsi təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Qoşunlarımızın silahlanmasındahavaməkanımıza və aviasiya vasitələrinə təhdid təşkil edən istənilən obyekti əvvəlcədən aşkar etmək, izləmək və məhv etmək üçün yüksək dəqiqliyə malik silah və texnika mövcuddur”, - deyə nazirlikdən qeyd ediblər.
banner

Oxşar Xəbərlər