• çərşənbə, 24 Aprel, 15:41
  • Baku Bakı 27°C

Müdafiə Nazirliyinə yeni idarə rəisi təyin edildi

09.10.14 12:37 1440
Müdafiə Nazirliyinə yeni idarə rəisi təyin edildi
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, NATO-nun Brüsseldəki Qərargahında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, general-mayor Hüseyn Mahmudov Müdafiə Nazirliyində vəzifəyə təyin olunub.
Bildirilib ki, general-mayor H.Mahmudov sentyabr ayının sonlarında Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb. İdarənin keçmiş rəisi, general-mayor Ramiz Nəcəfov isə məzuniyyətə göndərilib.
banner

Oxşar Xəbərlər