• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib

07.12.18 19:20 367
Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 31 nümayəndəsi iştirak edib.
Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2019-cu ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.
Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.
banner

Oxşar Xəbərlər