• cümə axşamı, 28 mart, 18:26
  • Baku Bakı 13°C

Müdafiə Nazirliyində mühüm toplantı

10.10.14 13:47 917
Müdafiə Nazirliyində mühüm toplantı
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilərək istiqamətlər üzrə vəzifələr müzakirə olunub.
Silahlı Qüvvələrdə görülən işlər və onların təhlili barədə geniş məruzə ilə çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən qarşıda duran məsələlərin yerinə yetirilməsi üzrə müvafiq göstərişlər verib.
banner

Oxşar Xəbərlər