AZE | RUS | ENG |

Müdafiə Nazirliyi “Reuters”i təkzib etdi

Müdafiə Nazirliyi “Reuters”i təkzib etdi
Nazirlik İrana hücum olacağı təqdirdə Azərbaycanın hərbi bazalarını İsrailin ixtiyarına verəcəyi barədə məlumatlara münasibət bildirib

Müdafiə Nazirliyi İrana hücum olacağı təqdirdə Azərbaycanın öz hərbi hava bazalarını İsrailin ixtiyarına verəcəyi barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq “Reuters”in xəbərinin üzərində dayanmağa əsas görmədiklərini bildirib:

“İnformasiyanın hansı niyyətlə dövriyyəyə buraxılması ilk baxışdan diqqəti cəlb edir. Görünür, agentlik özünü buna inandırmağa çalışıb”.

Nazirlik sözçüsü Azərbaycanın regionda siyasi və hərbi stabilliyin bərpasının tərəfdarı olduğunu və bütün münaqişəli hadisələrin hər şeydən öncə dinc şəkildə həllinə üstünlük verdiyini vurğulayıb:

“O ki qaldı hərbi hava bazaları məsələsinə, bununla bağlı qeyd etmək istərdik ki, bazaların istifadəsi yalnız Azərbaycanın özünə aiddir və bu məsələdə başqa mövzunun gündəliyə daşınmasına ümumiyyətlə, ehtiyac yoxdur”.

Qeyd edək ki, “Röyters” agentliyi Vaşinqtondan icazəsiz İrana hücum olacağı təqdirdə İsrailin Azərbaycana arxalanmaq, İranı vurmaq üçün Azərbaycan hərbi hava bazalarından yararlanmaq niyyətində olduğunu yazıb.

Agentlik bu məlumatları Azərbaycandakı keçmiş ordu zabitlərinə və Rusiyanın kəşfiyyat mənbələrinə istinadən yazdığını bəyan edib.

Qeyd olunub ki, hazırda Azərbaycan və İsrail əməliyyat başlayacağı təqdirdə hərbi bazalardan necə yararlanmağın yollarını birgə müzakirə edir.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946