• çərşənbə axşamı, 23 aprel, 21:57
  • Baku Bakı 20°C

Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb

25.06.18 12:00 344
Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə çıxış edən Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı təbrikini çatdırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Ordusunun 100 illiyinin Azərbaycan xalqının bayramı olduğunu söyləyib: "Bu gün əlamətdar bir gündür. Azərbaycan əsgəri qəhrəmandır, döyüş bizim alnımıza yazılıb. Cəmi 23 ay yaşayan Xalq Cümhuriyyəti bu dövrün 6 ayını müharibə şəraitində keçirib, böyük hərbi uğurlara imza atılıb. Xalq Cümhuriyyəti dövründə büdcənin 27-30 faizi hərbi məqsədlərə həsr olunub. Qısa dövrdə müasir bir ordu formalaşdırılıb. Bu yaxınlarda Milli Məclisdə Silahlı Qüvvələrlə bağlı qanunvericiliyə dəyişiklik edildi, Silahlı Qüvvələrdə partiya özəklərinin yaranmasına qadağa qoyulduğu əksini tapıb. Bu qadağa Xalq Cümhuriyyəti dövründə də olub".

Ə. Amaşov ordu və media arasında yüksək əlaqələrin olduğunu qeyd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı nazirliyinMətbuat Şurası ilə birgə ilk dəfə belə bir müsabiqə keçirdiyini, müsabiqəyə 70-ə yaxın yazı təqdimolunduğunu açıqlayıb. Daha sonra müsabiqənin nəticələri açıqlanıb, qaliblər təltif olunub.

banner

Oxşar Xəbərlər