• şənbə, 20 Aprel, 10:16
  • Baku Bakı 14°C

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir

01.09.18 19:00 5720
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar sentyabrın 3-dən 21-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndəriləcək və hərbi xidmətə yararlı hesab ediləcək şəxslər
qəbul imtahanlarına buraxılacaqlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər gizir hazırlığı kursuna qəbul ediləcəklər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla beş il müddətinə müqavilə bağlanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.
Namizədlər müvafiq sənədləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Müraciət üçün tələb edilən sənədlər barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat verilib.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 76, "Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 2018-ci il sentyabrın 3-dən 21-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək. Telefon: (012) 538-85-62.
Məhkumluğu olan hərbi vəzifəlilərin gizir hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.
banner

Oxşar Xəbərlər