• cümə, 29 Mart, 08:57
  • Baku Bakı 5°C

Müdafiə Nazirliyi: “Ermənilər layiq olduqları cəzanı alır”

12.08.15 18:53 1020
Müdafiə Nazirliyi: “Ermənilər layiq olduqları cəzanı alır”
Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistan saytlarında Azərbaycanın guya iki uğursuz diversiya əməliyyatı keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, ermənilər dezinformasiya yayırlar:
“Bizim bəzi KİV-lər də mahiyyətinə varmadan həmin məlumatlardan olduğu kimi istifadə edirlər”.
Nazirliyin mətbuat xidmətindən qeyd ediblər ki, ermənilər həmişə olduğu kimi layiqli cəzalarını alırlar: “Siz istəyirdiniz ki, erməni mətbuatı yazsın ki, Azərbaycan uğurlu əməliyyat keçirib? Dəfələrlə bildirmişik, bir daha deyirik ki, Ermənistan tərəfi vəziyyəti gərginləşdirmək istədikdə, tərəfimizdən cavabları verilir və onlar layiq olduqları cəzanı alırlar”.
banner

Oxşar Xəbərlər