• şənbə, 20 Aprel, 05:53
  • Baku Bakı 15°C

Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına qəbul elan edib

30.05.17 13:40 2229
Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına qəbul elan edib
Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq "Ehtiyat zabit hazırlığı kursu”na və "Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilib.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, qəbulun şərtləri də açıqlanıb.
"Ehtiyat zabit hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ali təhsilli vətəndaşlar qəbul olunurlar.
Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan "Gizir (miçman) hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.
Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.
banner

Oxşar Xəbərlər