• cümə, 26 Aprel, 12:56
  • Baku Bakı 23°C

Müdafiə Nazirliyi Baş nazirin iştirakı ilə döyüş hazırlığını müzakirə etdi

28.01.14 12:49 1199
Müdafiə Nazirliyi Baş nazirin iştirakı ilə döyüş hazırlığını müzakirə etdi
Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib.
banner

Oxşar Xəbərlər