AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

Təfsilat
01 Oktyabr 2020, 15:45 152

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.
Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.