• cümə, 26 Aprel, 22:38
  • Baku Bakı 22°C

Müdafiə nazirinin müavini: “Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı istifadə olunur”

15.12.17 14:04 1865
Müdafiə nazirinin müavini: “Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı istifadə olunur”
Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenantKərim VəliyevMilli Məclisin bu gün keçirilən iclasında "Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ilə bağlı deyilənlərə münasibət bildirib.
APA-nın məlumatına görə, K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub.
"Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi dərhalQüdrət müəllimlətelefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı işlənilir. Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı,Baş Prokurorluqda Silahlı Qüvvələrə nəzarət edir”, - deyə K. Vəliyev bildirib.
Generala reaksiya verən spikerOqtay Əsədovonu narahat olmamağa çağırıb: "Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür,Milli Məclisdəçıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”.
banner

Oxşar Xəbərlər