• cümə axşamı, 25 aprel, 16:46
  • Baku Bakı 23°C

Müdafiə nazirinə yeni müavin təyin edildi

15.05.14 08:23 1192
Müdafiə nazirinə yeni müavin təyin edildi
Ç. Məmmədov ordudan ehtiyata bu gün göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.
Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.
Qeyd edək ki, bu barədə qafqazinfo.az saytı da ilkin məlumat yayıb.
banner

Oxşar Xəbərlər