• çərşənbə, 24 Aprel, 17:21
  • Baku Bakı 27°C

Müdafiə naziri Zakiri Həsənov Çingiz Qurbanovun 40 mərasimində iştirak edib

17.03.17 14:00 654
Müdafiə naziri Zakiri Həsənov Çingiz Qurbanovun 40 mərasimində iştirak edib
Bu gün Milli Qəhrəman Çingiz Qurbanov 40 mərasimi keçirilir.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnikZakir Həsənovda iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun müxtəlif təşkilat və qurumların əməkdaşları qatılıb.
Bu gün həmçinin, Çingiz Qurbanovun haqqında yazılmış "Çingiz dastanı" kitabının da təqdimatıolub.
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Fevralın 7-də Prezidentİlham ƏliyevAzərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.
banner

Oxşar Xəbərlər