• cümə, 29 Mart, 12:44
  • Baku Bakı 14°C

Müdafiə naziri Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib

29.05.14 10:56 1005
Müdafiə naziri Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib
Gürcüstan Müdafiə Nazirliyində Zakir Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib. Qonağı Gürcüstanın müdafiə naziri İrakli Alasaniya qarşılayıb.
Daha sonra iki ölkənin müdafiə nazirləri arasında təkbətək görüş başlayıb. Görüşdən sonra Zakir Həsənov və İrakli Alasaniya birgə mətbuat konfransı keçirəcəklər.
Zakir Həsənov Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılan abidəni ziyarət edəcək.
Azərbaycanın müdafiə nazirinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə də görüşü gözlənilir. Nazir daha sonra Krtsanisi Təlim Mərkəzində olacaq, “Delta” Elmi Hərbi Texniki Mərkəzinin istehsalı olan hərbi texnika və avadanlığa baxış keçirəcək, Gürcüstan Silahlı Qüvvələrinin etnik azərbaycanlı olan nümayəndələri, bir sıra nazirlərlə görüşəcək.
Zakir Həsənovun səfəri mayın 30-dək davam edəcək./apa/
banner

Oxşar Xəbərlər