• cümə axşamı, 18 aprel, 22:45
  • Baku Bakı 21°C

Müdafiə naziri Zakir Həsənov cəbhə xəttindədir

06.03.14 09:37 1104
Müdafiə naziri Zakir Həsənov cəbhə xəttindədir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.
Eyni zamanda müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.
Müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər