AZE | RUS | ENG |

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, mərkəz haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlər, döyüş tapşırıqlarının tədrisi nəzərdə tutulub.

Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərini izləyib.

Sonda general-polkovnik Z.Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968