• şənbə, 20 Aprel, 07:23
  • Baku Bakı 14°C

Müdafiə naziri: Türkiyədə keçirilən hərbi təlimlər heç kimə qarşı yönəlməyib

14.05.19 10:45 421
Müdafiə naziri: Türkiyədə keçirilən hərbi təlimlər heç kimə qarşı yönəlməyib
Türkiyənin su məkanlarında aparılan hərbi-dəniz təlimləri heç kimə qarşı yönəlməyib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyənin hərbi dəniz təlimləri bütün dünyanın diqqət mərkəzindədir.
O qeyd edib ki, Türkiyənin bütün güc strukturlarının və Hərbi Dəniz Qüvvələrinin əsas məqsədi ölkənin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Türkiyədə ölkə tarixində "Denizkurdu-2019" adlı ən böyük hərbi dəniz təlimləri başlayıb.
Təlimlər mayın 25-dək davam edəcək.
banner

Oxşar Xəbərlər