• cümə axşamı, 25 aprel, 15:48
  • Baku Bakı 23°C

Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb

03.02.17 11:15 1249
Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
Müdafiə naziri general-polkovnikZakir Həsənovmüdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.
banner

Oxşar Xəbərlər