• cümə, 29 Mart, 18:49
  • Baku Bakı 14°C

Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

23.06.18 18:08 837
Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib
Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

İyunun 23-də müdafiə naziri general-polkovnikZakir Həsənovvə nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilmiş dördmərtəbəli bina yüzdən artıq inzibati və xidməti iş otaqları, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalından ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.
Ərazidə nəzarət buraxılış məntəqəsi, xüsusi avtomobil texnikası üçün saxlanc, yeməkxana tikilib, ağac və dekorativ gül kolları əkilib, asfalt örtüyü salınıb.
Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər