• şənbə, 27 Aprel, 02:39
  • Baku Bakı 14°C

Mübarizə taktikası kasad müxalifətin gərginlik imitasiyası

28.06.19 17:38 505
Mübarizə taktikası kasad müxalifətin gərginlik imitasiyası
Son dövrlər hakimiyyət tərəfindən həyata keçirilən islahatlar, eləcə də əhalinin müəyyən kəsiminin həllini tapmamış problemlərinin cözülməsi, əmək haqqı və digər sosial ödənişlərdə əhəmiyyətli artımlar Azərbaycan müxalifətini çıxılmaz vəziyyətə salıb. Belə ki, müxalifət tərəfindən müəyyən sosial narazılıqları bir arada toplayıb, real hərəkətə çevirmək təşəbbüsləri göstərilirdi və bütün bunlar hakim komandanın gedişləri ilə yenidən heçə endirildi. Yeni islahatlar paketinin icrasına başlayan hakimiyyət artıq əhalini narahat edən bəzi çatışmamazlıqları da həll edib və islahatlar davam etməkdədir...
Vəziyyət onsuz da real sosial bazaya malik olmayan müxalifət üçün yaxşı heç nə vəd etmir. Əhalinin problemləri üzərindən siyasi mübarizə qurmaq imkanları əldən çıxıb. Belə bir durumda çıxış yolu kimi müxalif siyasi spektrdə müşahidə edilən radikallıq əlamətləri siyasi gərginlik nümunəsi sayıla bilər.
Bu baxımdan AXCP sədri Əli Kərimlinin son dövrlər iştirak etdiyi bütün tədbirlərdə qarışıqlıq yaratmaq cəhdlərinə başqa ad tapmaq mümkün deyil. Son 4-5 ayda Kərimli iştirak etdiyi tədbirlərdə süni gərginlik yaratmaqla özünü hakimiyyətin yeganə alternativi olması rolunu oynamaqda, bu yolla gündəmdə qalmaqda "peşəkarlıq” nümayiş etdirməkdədir.
Bu gün Kərimli yenidən bu yola baş vurub. AXCP sədri ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürüb və kampaniya təşkil etməyə çalışıb.
Təbii ki, burada məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərmək olub. Buna isə yol verilməyib vəKərimlinin gərginlik yaratmaq niyyəti də alınmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun Kərimliyə xəbərdarlıq edilməsi ilə bağlı yaydığı məlumata əsasən,iyunun 28-də AXCP sədri Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.
İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə "Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilibvə sərbəst buraxılıb.
Beləliklə, bir daha o qənaət hasil olur ki, müxalifətin bu cür təxribatlarla gündəmdə qalmaqdan başqa çıxış yolu qalmayb...
Mübarizə taktikası kasad, sistemsiz olan müxalifət sadəcə gərginlik imitasiyası ilə məşğuldur və bu imitasiyadan faydalana bildiyi qədər faydalanmağa cəhd edir.
Müxalifət yaxşı başa düşür ki, Azərbaycanda hakimiyyətlə içtimai, sosial qruplar arasında hər hansı bir gərginliyin olması barədə iddiaları səhvdir, vətəndaşlar sosial, iqtisadi islahatların əleyhinə getdiklərini öz hərəkətlərində biruzə vermirlər.
İslahatlar vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənir. Müəyyən bir hissənin narazılığı bütövlükdə, kütlənin narazılığı demək deyil; hər halda geniş narazılıq kütləvi aksiyalarda həllediçi kəmiyyət faktorunu ortaya qoymur.Əksinə, sosial-iqtisadi proqramların içrasında insanların sosial vəziyyətinin yüngülləşməsi fakforu dayanır, buna görə də hakimiyyətdən narazı olmağa əsas qalmır. Bu baxımdan Azərbaycanda vətəndaşların böyük əksərinin mövcud iqtidardan razılığı narazılıq əhval-ruhiyyəsini sıradan cıxarıb.
Ona görə də radikallıq, süni gərginlik müxalifətin siyasi mübarizəsində yenidən ortaya cıxır. Fəqət bununla nəsə əldə etmək mümkün olmayacaq. Bu gün cəmiyyəti yeniliklərlə ayaqlaşmayan və köhnə mübarizə metodlarına baş vuran müxalifət maraqlandırmır...
Elman Babayev
banner

Oxşar Xəbərlər