• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

“Mübarizə sivil aparılmalıdır, təhqir yolverilməzdir”

09.04.18 14:50 735
“Mübarizə sivil aparılmalıdır, təhqir yolverilməzdir”
"Bu gün Avropada getdikcə yayılan və hətta fəallaşan biz azərbaycanlılar, xüsusilə də gənclər yüz il əvvəl bolşevik işğalından sonra bura mühacirət etmiş babalarımızın ideyalarına sadiqik. Onlar burada - yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsini ucaltmağa, mədəniyyətinin təbliğinə çalışdılar. Təəssüf ki, bu gün bəziləri bunun əksi edir, bir həmyerli kimi məyus oluruq”.
Bunu APA-ya Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri, Avropa Azərbaycanlıları Konqresinin üzvü Ülviyyə Cabbarova bildirib.
Avropadakı azərbaycanlıları, xüsusilə gəncləri milli mənafe naminə həmrəyliyə çağıran Ü. Cabbarova bildirib ki, Avropada, xüsusilə Skandinaviya ölkələrində yaşayan azərbaycanlı gənclərin əsas qayəsi də bu il 100 illiyi qeyd olunanAzərbaycan Xalq Cümhuriyyətinin Avropadakı missiyasını davam etdirməkdir: "Təəssüf ki, burada bir qrup mühacir milli-mənəvi dəyərlərə hörmətsizlik edir, qayəmizə kölgə salır. İstənilən mübarizə sivil və insani çərçivədə aparılmalıdır. Biz azərbaycanlılara, xüsusilə gənclərimizə də yaraşan budur. Avropada tarixi mədəniyyətimizi təbliğ edərək həmişə fəxr etmişik. Ölkəmizi xaricdə təmsil edərkən, Azərbaycanla bağlı fikir bildirərkən, əxlaq normalarına riayət etmək zəruridir. Təhqir yolverilməzdir. Biz Finlandiya gəncləri qitədə yaşayan həmin bir şəxslərə çağırış edərək deyirik ki, Azərbaycanı sevməyən, ölkəmizi gözü götürməyən, Vətənimizin qazandığı uğurlara kölgə salmaq istəyən qüvvələrin, bəzi siyasi dairələrin istəklərinə vasitəçi olmayın”.
banner

Oxşar Xəbərlər