• çərşənbə, 24 Aprel, 14:23
  • Baku Bakı 27°C

Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

24.01.18 13:10 636
Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"
"Azərbaycanda məzarlıqlarla bağlı qərar layihəsi olmayacaq, bununla bağlıNazirlər Kabinetiməzarlıqlar və dəfn mərasimini tənzimləyən qaydaları təsdiq edəcək. Qaydalar artıq hazırdır, təsdiq olunma ərəfəsindədir”.
Bunu APA-ya açıqlamasındaDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlıdeyib.
Komitə sədri qeyd edib ki, bu qaydaları özündə ehtiva edən sənəd artıq bütün müzakirələrdən keçib: "Nazirlər Kabinetində buna dəfələrlə baxılıb. Sadəcə, bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır. Bununla bağlıQafqaz Müsəlmanları İdarəsinin də rəyi var, bizim komitə də qaydalara baxıb.
Bu məsələNazirlər Kabinetində ekspertlərin, hüquqşünasların, sosioloqların, o cümlədən ilahiyyatçı alimlərin iştirakı ilə müzakirə olunub. Artıq bütün mərhələlərdən keçib. Hesab edirəm ki, qaydalar yaxın vaxtlarda təsdiq olunacaq. Bununla bağlı heç bir sual, hər hansı əngəl yoxdur. Sadəcə, sənəd müxtəlif instansiyalardan keçməli və müzakirə olunmalıydı. Bu, olduqca həssas məsələ olduğu üçün tələskənliyə yol verilmir.Nazirlər Kabinetiprosedura uyğun olaraq, qaydaları yaxın vaxtlarda təsdiq edəcək”, - deyə M. Qurbanlı bildirib.
banner

Oxşar Xəbərlər