• cümə axşamı, 25 aprel, 13:21
  • Baku Bakı 23°C

Mübariz Qurbanlı: “Falçılığa, insanların aldadılmasına qarşı mübarizə aparılmalıdır”

18.08.16 11:57 1301
Mübariz Qurbanlı: “Falçılığa, insanların aldadılmasına qarşı mübarizə aparılmalıdır”
"Falçılığa qarşı, falçılıq adı ilə insanların aldadılmasına qarşı mübarizə vacibdir, zəruridir. Bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq maddələr var”.APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdeyib.

O qeyd edib ki, falçılıq xurafatın bir elementidir: "Bizim Komitənin bu məsələdə müəyyən səlahiyyətləri var. Biz bu səlahiyyətlərdən istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrdə, rayonlarda, şəhərlərdə falçılıqla məşğul olan şəxsləri aşkara çıxarıb onlarla profilaktik söhbət aparırıq. Falçılıqla məşğul olan şəxslərə xəbərdarlıq edilir ki, onların fəaliyyəti qeyri-qanunidir və bu cür əməllərə yol vermək olmaz. Bir məsələni qeyd edim ki, ekstrasenslik var. Bizim Tofiq Dadaşov kimi məşhur ekstrasensimiz olub. Dünyada bu qəbul olunub. Amma ekstrasens falçı deyil. Ekstrasensliklə falçılğı eyniləşdirmək lazım deyil. Falçılar primitiv şəkildə insanları aldadıb onların vəsaitini mənimsəyir. Bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılğı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır”.
banner

Oxşar Xəbərlər