• çərşənbə, 24 Aprel, 18:46
  • Baku Bakı 23°C

Mübariz Göyüşlü: Seçki prosesi ilə bağlı hər bir fəaliyyət mediada geniş işıqlandırılır

15.03.18 15:15 1282
Mübariz Göyüşlü: Seçki prosesi ilə bağlı hər bir fəaliyyət mediada geniş işıqlandırılır
"1993-cü ildən bu günə qədər bütün sahələrdə ciddi irəliləyişlərə nail olmuş Azərbaycanda kifayət qədər ciddi seçki ənənəsi formalaşıb. Bundan əvvəl keçirilmiş prezident, parlament, bələdiyyə seçkilərini, referendumları nümunə göstərərək deyə bilərik ki, ölkəmizdə demokratiyanın əsas göstəricilərindən olan seçki institutu mövcuddur".
Bu fikirləri sechki-2018.az saytına "Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü bildirib.
O deyib ki, Azərbaycan vətəndaşları Konstitusiyada təsbit olunmuş azad və sərbəst şəkildə seçmək, seçilmək hüquqlarından istifadə edirlər: "Bundan başqa mövcud Seçki Məcəlləsi də seçki prosesini tənzimləyən əsas hüquqi sənəd kimi vətəndaşların öz iradələrini azad şəkildə ifadə etməsinə tam şərait yaradır. Bir neçə dəfə dəyişikliklər edilərək təkmilləşdirilmiş Seçki Məcəlləsi qabaqcıl ölkələrin təcrübəsinə əsaslanır. Azərbaycan məhz bu təcrübələr və hüquqi baza üzərində növbəti prezident seçkilərini keçirməyə hazırlaşır”.
QHT sədri qeyd edib ki, Mərkəzi Seçki Komissiyası hər dəfə olduğu kimi bu dəfə də seçki prosesində şəffaflığın təmini üçün bütün lazımi addımları atır: "Bütün namizədlər üçün bərabər şərait yaradılıb. Seçki ilə bağlı proseslər demokratik şəraitdə davam edir”.
Baş redaktor söyləyib ki, ölkəmizdə həyata keçirilən seçki prosesi ilə bağlı hər bir fəaliyyət mediada geniş işıqlandırılır: "Bu da hər bir vətəndaşın məlumat almasına şərait yaratmaqla yanaşı, prosesin şəffaf şəkildə icrasına imkan verir”.
"Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar seçkiləri izləmək üçün müşahidəçi göndərəcəklərini açıqlayıblar. Seçki prosesini yalnız yerli müşahidəçilər deyil, həm də beynəlxalq müşahidəçilərin izləməsi şəffaflığın təmini istiqamətində atılan mühüm addımdır. Əminəm ki, prezident seçkiləri Azərbaycanın dövlətçilik, demokratiya tarixinə müsbət təcrübə kimi düşəcək”, - deyə Mübariz Göyüşlü əlavə edib.
banner

Oxşar Xəbərlər