• cümə axşamı, 28 mart, 12:15
  • Baku Bakı 16°C

Mübariz Əhmədoğlu: “Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir”

21.02.19 17:58 1505
Mübariz Əhmədoğlu: “Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir”
Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müəyyən nöqtəyə gəldiyini söyləyərək, Paşinyan hökumətinin Dağlıq Qarabağ probleminin tənzimlənməsində aktiv rolda olmasına diqqət çəkib. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan üçün yeni təhdidlər yaradıb. Politoloqun fikrincə, söhbət təkcə rəsmi Yerevanın qarşısında duran iqtisadi və digər problemlərdən getmir, Ermənistan məhz Dağlıq Qarabağ probleminə görə çox ciddi tarixi şərəfsizliyə sürüklənir.
SİTM sədri M.Əhmədoğlu deyib ki, həm İran, həm də Gürcüstan istiqamətində baş verənlər Ermənistanın uydurma da olsa, özləri üçün şərəf bildikləri tarixi ləkələyə bilər: "Bu baxımdan Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir. Paşinyanı Dağlıq Qarabağ münaqişəsini tənzimlənməsinə vadar edən ən əsas səbəblərdən biri də Avropa İttifaqının mövqeyidir. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlanmasını Paşinyandan ən kəskin şəkildə tələb edir. Avropa İttifaqından pul qazanmaq məqsədilə Paşinyan özü münaqişənin tənzimlənməsində aktiv roldadır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin cari mərhələsində Paşinyan üçün iki məsələ vacibdir. Bunun birincisi tənzimlənmənin sürəti, ikincisi isə tənzimlənmənin Ermənistandan deyil, məhz Dağlıq Qarabağın özündən başlanmasıdır. Yəni, tənzimlənmənin məsuliyyətini Dağlıq Qarabağ erməniləri özləri üzərilərinə götürməlidir”.
Politoloq M.Əhmədoğlu münaqişənin həllində digər qüvvələrin maraqlı olmasına da diqqət çəkib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə yanaşı, İran, Almaniya və digər ölkələr maraqlıdır: "Almaniya və Avropa İttifaqı heç zaman həm ayrı-ayrılıqda, həm də birlikdə Dağlıq Qarabağ tənzimlənməsinə bu qədər böyük maraq göstərməyiblər. Prezident Armen Sarkisyanın Almaniyaya, az sonra Sarkisyanın Münhen Təhlükəsizlik Konfransının 55-ci iclasının təşkilat komitəsinin Minskdə keçirilən yığıncağına və bir müddət sonra Paşinyanın Almaniyaya dəvət olunması rəsmi Berlinin Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə marağının artdığını göstərir. Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə artan marağı isə kansler Angela Merkelin Cənubi Qafqaz regionuna səfərindən başlayır. Belə ki, geosiyasətin müəyyənedici olması ən çox ehtimal olunandır. Rusiya qazının Avropaya girməsi uğrunda mübarizə aparan Angela Merkel bunun əvəzində Avropa İttifaqını Cənubi Qafqazda yeni formatda möhkəmləndirir. Merkelin Azərbaycanda olarkən verdiyi bəyanata görə bunun yolu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən keçir. Bununla da Merkel Rusiya qazını Avropaya buraxdığına balans yaratdığını iddia edə biləcək”.
Günay ŞAHMAR
banner

Oxşar Xəbərlər